Maykl Ceksonun rəsmi İnstagram və Facebook səhifələrində azərbaycanlı kolleksionerin fotosu paylaşılıb. Bu barədə İnsanoid bu gün, 4 noyabr tarixində xəbər verir.
Facebook-da 70 milyon, İnstagram platformasında isə 8 milyondan çox izləyici kütləsi olan səhifələrdə həmin foto 24 saatdan az müddətdə 60 mindən çox bəyəni toplayıb.
Fotoda həmyerlimiz İlqar Quliyevə məxsus kolleksiya yer alıb. Maykl Ceksonun CD disklərindən ibarət kolleksiyada 300-dən çox nümunə var.
Foto səhifədə səs-küyə səbəb olub və hər kəs tərəfindən alqışla qarşılanıb.