Bakıda 62 yaşlı qadın özəl klinikada cərrahiyyə əməliyyatı zamanı ölüb. Bu barədə 30 avqust tarixində Baş Prokurorluq məlumat verib.
Avqustun 29-da 1961-ci il təvəllüdlü Nailə Mustafayeva Xətai rayonunda yerləşən “Medica Hospital” xəstəxanasında sağ ayağının amputasiyası cərrahi əməliyyatı zamanı dünyasını dəyişib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.