Abşeron rayonunda ferma yanıb. Bu barədə İnsanoid FHN-in mətbuat xidmətinə istinadən bu gün, 10 sentyabr tarixində xəbər verir.
Rayonunun Mehdiabad qəsəbəsində ümumi sahəsi 2000 kv.m olan fermanın ərazisində ümumi sahəsi 1500 kv.m olan talvarın yanar konstruksiyaları 500 kv.m sahədə, altına yığılan 1 kiloqram ot bağlaması, 1 ədəd su nasosu və bitişik ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin dam örtüyü 15 kv.m sahədə yanıb.
Yüksək temperaturdan 1 ədəd soyuducu, 1 ədəd aspirator, 1 ədəd elektrik sobası və 2 ədəd plastikdən ibarət qapı əriyib.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib.
Yanğın FHN-in qüvvələri tərəfindən söndürülüb.
Talvarın və tikilinin qalan hissəsi yanğından mühafizə olunub.