TÖVSİYƏ XƏBƏRLƏR

Mehriban Zəki dəhşətli qəza barədə danışdı

Xalq artisti Mehriban Zəki dəhşətli qəza barəsində öz fikirlərini paylaşıb. Bu haqda bu gün, 24 mart tarixində İnsanoid mədəniyyət xadiminin sosial şəbəkəsinə istinadən xəbər verir.

Mehriban Zəki həmişə hay-küylü olan Oqtay Əliyevin bu dəfə səsinin çıxmadığını bildirib.

“Bu dəfə Dilarə ilə mən qışqırırdıq: Oqtay… Oqtay… Oqtay… O isə susurdu. O susurdu, maşın çevrilirdi…”.

Xalq artisti mərhumu hər zaman bütün problemlərin həllini tapan, insanları yalnız gülərüz görmək istəyən, hər zaman hamını süfrə başına yığan biri kimi tanıdığını qeyd edib.

“Mən sağalacam. Qolum da, qabırğalarım da bitişəcək, üzüm də bərpa olacaq. Amma Oqtay əbədi susacaq. Allah sizə rəhmət eləsin, Oqtay. Martın 22-si belə yazıldı bizimçün”, – deyə o, əlavə edib.

22 mart tarixində Abşeron rayonu ərazisində O.Əliyevin idarə etdiyi “Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Nəticədə O.Əliyev vəfat edib, maşında olan Xalq artisti Mehriban Zəki yaralanıb, Əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx