Meksikalı jurnalist işğaldan azad olunmuş ərazilər haqda məqalə yazıb

“El Universal” qəzetinin redaktoru, beynəlxalq siyasi məsələlər üzrə ekspert Qabriel Moyssen 14 sentyabr tarixində qəzetdə “Azərbaycan bərpa edir” adı altında məqalə dərc edib.

Meksikalı ekspert Cəbrayıl, Füzuli, Gəncə, Ağdam və Şuşada ermənilərin törətdiyi hərbi cinayətləri işıqlandırıb. O, Azərbaycanın 30 ilə yaxın işğalda saxlanılmış torpaqlarının Ermənistan tərəfindən xarabalığa çevrilməsinin şahidi olduğunu qeyd edib. Jurnalist Gəncənin döyüş zonasından uzaqda yerləşdiyinə baxmayaraq, atəşə tutulması barədə danışıb.

Jurnalist məqaləsində müharibədən sonra yüzlərlə insanın erməni minalarının qurbanı olduğunu və minatəmizləmə işlərinin şahidi olduğunu bildirib. O, Ermənistanın mina xəritələrini verməkdən imtina etməsi və həmin ərazilərdə aparılan bərpa işlərinə mane olması barədə məlumat verib.

Azərbaycan XİN-in nümayəndəsi Leyla Abdullayevanın sözlərinə istinad edərək, redaktor yalnız Ağdam şəhəri ətrafında 97 min partlamamış minanın aşkarlandığını qeyd edib.

Qabriel Moyssen məqalədə Füzuli beynəlxalq hava limanı və “ağıllı şəhər” konsepsiyası sayəsində həmin ərazilərdə geniş iqtisadi imkanların yaradılacağını vurğulayıb.

Avqustun 23-dən 29-na kimi Meksika, Kolumbiya, Peru, Qvatemala, Kosta-Rika, Honduras və Panamanın media nümayəndələri Azərbaycana səfər ediblər. Səfərin əsas məqsədi Vətən müharibəsindən sonra regionlarda yaranmış vəziyyəti işıqlandırmaq olub.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Meksikalı jurnalist işğaldan azad olunmuş ərazilər haqda məqalə yazıb”

Tövsiyə xəbərlər