TÖVSİYƏ XƏBƏRLƏR

Metroda mobil telefon və bank kartları ilə ödəniş etmək mümkün olacaq

Bakı metro stansiyalarında NFC (Near Field Communication) ödəniş sistemi tətbiq ediləcək. Bu, o deməkdir ki, gediş haqqını bank kartları, mobil telefon, “ağıllı” saat və üzüklər vasitəsi ilə ödəmək mümkün olacaq. Bu barədə “Report” oktyabrın 4-də məlumat yayıb.

Məlumata əsasən, yeni sistemin tətbiqi üçün ilkin sınaq işləri həyata keçirilib.

İşlərin cari ilin sonunadək yekunlaşdırılması gözlənilir.

Daha öncə, sentyabrın 24-dən Azərbaycanda “BakıKart”ın balansını online.bakikart.az portalı vasitəsilə artırmaq mümkün olub.