TÖVSİYƏ XƏBƏRLƏR

Metronun hərəkət cədvəlində dəyişikliklər ediləcək

Sentyabrın 20-dən Bakı metropolitenində qatarların hərəkət cədvəlində bir sıra dəyişikliklər ediləcək. Bu haqda sentyabrın 13-də Bakı Metropoliteni QSC məlumat verib.

Həzi Aslanov-28 May xəttində hərəkət intervalı – 2 dəqiqəyə qədər azaldılacaq. İçərişəhər və Dərnəgül stansiyaları və əks istiqamətdə olan interval isə 4 dəqiqəyə qədər endiriləcək.

Əlavə olaraq, sərnişin sıxlığı yarandıqda Nərimanov elektrik deposunda olan ehtiyat qatarları xəttə buraxılacaq.