Uşaq dünyaya gətirən 11 yaşlı İmişli sakini və körpəsi Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb. Bu haqda komitədən oktyabrın 30-da məlumat verilib.
Qeyd edək ki, ananın vəziyyətinin yaxşı, uşağın isə ağır olduğu bildirilir.
***
09:35
İmişlidə qız uşağı dünyaya gətirən 11 yaşlı məktəblinin atalığı tərəfindən təcavüzə məruz qalması bilinib. Bu haqda APA oktyabrın 30-da məlumat yayıb.
Azyaşlının qarnının şişməsi ilə əlaqədar onun nənəsi rayon xəstəxanasına müraciət edib. Oktyabrın 29-da Respublika Klinik Xəstəxanasına göndərilən məktəbli orada 1,2 kiloqram çəkisi olan qız körpəsi dünyaya gətirib.
Zorlamada şübhəli bilinən Qurban Fərəcovun saxlanıldığı qeyd edilir.
Məsələ ilə bağlı Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Facebook-da paylaşım edib. O, azyaşlının anasının hadisədən xəbərdar olduğunu və ərindən şikayətçi olmadığını bildirib.
***
29 oktyabr, 18:04
İmişlidə 11 yaşlı məktəbli qız uşağı dünyaya gətirib. Bu barədə rayon xəstəxanasından oktyabrın 29-da məlumat verilib.
Azyaşlıya 31 həftəlik hamiləlik diaqnozu qoyulub. Həkimlər hadisə haqqında İmişli rayon prokuroluğuna müraciət ediblər.
Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin sözlərinə əsasən, ailə doğulan körpədən imtina edib.
Faktla bağlı cinayət işi başlanılıb.