TÖVSİYƏ XƏBƏRLƏR

Mikayıl Cabbarov Azərbaycan xalqını təbrik edib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov 9 Noyabr – Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib. Bu barədə İnsanoid bu gün, 9 noyabr tarixində xəbər verir.

O, “X” hesabında Azərbaycan xalqını təbrik edib:

“Bayrağımız milli mənsubiyyətimizin, müstəqil dövlətimizin və ali dəyərlərimizin rəmzidir. Dövlət Bayrağı Günü münasibətilə səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq. Bayrağımız daim zirvələrdə dalğalansın!”,- deyə nazir əlavə edib.