İndiyə qədər Azərbaycandakı sənaye zonalarında 11,1 milyard manatlıq məhsul istehsal edilib və bunun təqribən 32,4%-i ixrac edilib.
Bunu 24 oktyabr tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir bildirib ki, 2023-cü ilin yanvar-sentyabr aylarında isə sənaye zonalarında fəaliyyət göstərən müəssisələr məhsul istehsalının dəyərini ötən ilin eyni dövrü ilə müqayisədə 7% artıraraq 2,3 milyard manata çatdırıb. Bunun da 31,2 %-i ixrac olunub.
2023-cü ilin yanvar-sentyabr aylarında #sənayezonaları-nda fəaliyyət göstərən müəssisələr tərəfindən məhsul istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 7% artaraq 2,3 milyard ₼-a çatıb və bunun 31,2%-i #ixrac edilib. İndiyədək sənaye zonalarında 11,1 milyard ₼-lıq… pic.twitter.com/AezjCsnn7z
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 24, 2023