Azərbaycanda fəaliyyət göstərən sahibkarlar mikro, kiçik, orta və iri kimi təsnifləndirilirlər. Bölgü zamanı sahibkarlıq subyektinin işçilərinin orta siyahı sayı və illik gəliri əsas götürülür.
Bölgü meyarları aşağdakı cədvəldə qeyd edilib:
Sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyaları | İşçilərin orta siyahı sayı (nəfər) | İllik gəlir (min manat) |
Mikro sahibkar | 1 – 10 | illik gəlir ≤ 200 |
Kiçik sahibkar | 11 – 50 | 200 < illik gəlir ≤ 3 000 |
Orta sahibkar | 51 – 250 | 3 000 < illik gəlir ≤ 30 000 |
İri sahibkar | 251 və ondan yuxarı | 30 000 < illik gəlir |
İllik gəlirə hesabat ili ərzində təqdim edilən malların, görülən işlərin və göstərilən xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.
Yeni yaradılan sahibkarlıq subyektlərinin bölgüsünün müəyyənləşdirilməsində onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən 1 il müddətində müəyyən edilmiş işçilərin say göstəricisi əsas götürülür.
Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi təyin edilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.