Azərbaycanın milli kəlağayılarının “Amazon” və “eBay” platformalarından Amerika və Avropa ölkələrinə ilk satışı həyata keçirilib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Məhsulların satışı, əsasən, payız – qış aylarına təsadüf etdiyindən, növbəti aylarda sifarişlərin artması gözlənilir. İlkin olaraq satışa on çeşiddə kəlağayı çıxarılıb.
Məhsulların qiyməti isə 40-50 ABŞ dolları arasında dəyişir.