TÖVSİYƏ XƏBƏRLƏR

Milli Müdafiə Universitetində Polşa nümayəndə heyəti ilə görüş keçirilib

Polşa Respublikasının Hərbi Texnologiyalar Universiteti və Müharibə Tədqiqatları Universitetinin nümayəndə heyəti Azərbaycana səfər edib.

Bu barədə 23 sentyabr tarixində Müdafiə Nazirliyi məlumat yayıb.

İkitərəfli əməkdaşlıq planına əsasən, Milli Müdafiə Universitetində Polşa nümayəndə heyəti ilə keçirilən görüşdə qonaqlara Azərbaycanda hərbi təhsil sistemi haqqında geniş brifinq təqdim olunub.

“Görüşdə ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi qeyd olunub, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib”, – məlumatda deyilir.