Mingəçevir: narkotikin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 nəfər saxlanılıb

Avqustun 31-də DİN-dən verilən məlumata görə, Mingəçevir şəhər sakinlərindən 931 qram narkotik vasitə aşkarlanıb.

Keçirilən əməliyyat zamanı 470 qram qurudulmuş marixuana gizlətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də məhkum olunmuş Qaçay Abduləzimov saxlanılıb.

Onunla iş birliyi quran Səməd İsayev psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Şəxsi axtarış zaman həmin şəxsdən isə metamfetamin aşkarlanıb.

Digər bir əməliyyat zamanı şəhər sakini Seymur Bayramov saxlanılıb. Ondan 6 qramdan marixuana aşkarlanıb. Aparılan araşdırma zamanı onun Kür çayı sahilindəki kolluq ərazidə də narkotik vasitə gizlətdiyi müəyyən olunub. Həmin yerə baxış keçirilən zaman oradan 455 qram qurudulmuş marixuana aşkar edilib və qablaşdırılaraq maddi sübut kimi götürülüb.

2021-ci ilin yanvar-iyun ayları ərzində ölkədə 15 minə yaxın cinayət hadisəsi qeydə alınıb. Onlardan 4145-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 42,7% çoxdur.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Mingəçevir: narkotikin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 nəfər saxlanılıb”

Tövsiyə xəbərlər