Mingəçevir su anbarında suyun səviyyəsi aşağı düşüb

Mingəçevir su anbarında suyun səviyyəsi hər gün 3-4 santimetr aşağı düşür. Səbəb havanın isti, quraq və az yağıntılı keçməsidir. Bu barədə Regional Hidrometeoroloji müəssisə və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi sentyabrın 18-də məlumat verib.

Məlumata əsasən, hazırda su anbarında suyun səviyyəsi 69,10 metrdir. Son 3 ay ərzində suyun səviyyəsi 3,9 metr düşüb. Bu düşmə Kür çayının ümumi axarına da təsir edir.

Mütəxəssislərin sözlərinə görə, yaxın günlərdə mövcud vəziyyət düzələ bilər.

Bundan əvvəl, sentyabrın 14-də Kür çayında suyun səviyyəsinin 1 metrdən çox aşağı düşməsi qeydə alınmışdır. Bu, xüsusilə çay yatağının Salyan və Neftçala rayonlarının ərazisindən keçən hissəsində müşahidə olunmuşdur.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Mingəçevir su anbarında suyun səviyyəsi aşağı düşüb”

Tövsiyə xəbərlər