Mingəçevirdə qadın narkotik üstündə tutulub. Bu barədə 19 yanvar tarixində Apa.az xəbər verib.
Polis Şöbəsinə şəhər sakini Zemfira Xəlilovanın üzərində güclü təsiredici narkotik vasitə daşıması haqda məlumat daxil olub. Nəticədə həmin qadın saxlanılıb. Onun əl çantasından külli miqdarda heroin aşkar edilib. Araşdırma zamanı Zemfira Xəlilovanın narkotiki sosial şəbəkədə tanış olduğu əcnəbidən onlayn yolla 500 manata aldığı məlum olub.
Cinayət işi başlanılıb. Qadın təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Onun ətrafında əməliyyat-istintaq tədbirləri aparılır.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.