TÖVSİYƏ XƏBƏRLƏR

Mingəçevirdə 32 yaşlı kişi öldürülüb

Mingəçevirdə 32 yaşlı kişi qətlə yetirilib. Bu barədə 29 sentyabr tarixində Report məlumat verib.

Belə ki, sentyabrın 29-u saat 20 radələrində 1991-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Məmmədov Sönməzbəy Nəriman oğlunun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə polisə məlumat daxil olub.

Hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbirlər keçirilir.