Mingəçevir şəhəri ərazisində bıçaqlanma hadisəsi olub. Bu barədə APA 28 oktyabr tarixində xəbər verib.
İmişli rayonunun 70 yaşlı sakini Əli Abbasəliyev aralarında yaranan mübahisə zamanı 66 yaşlı Nazim Rəhimovun boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.
N.Rəhimova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Ə.Abbasəliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.