Mingəçevirdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 9 nəfər tutulub. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 8 fevral tarixində xəbər verir.
Şəhər ərazisində qeyd olunan cinayət əməllərini törədən Elnur Muxtarov, Səlim Səfərov, Bəxtiyar Kərimov, Zaur Şirinov, Sahil Yusifov, Zaur Rzayev, Elşən Mustafayev, Rəşvin Yusifov və Kamal İbrahimov saxlanılıblar.
Saxlanılan şəxslərin üzərlərinə keçirilən baxış zamanı onlardan müxtəlif növ narkotik vasitələ- heroin və marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.