TÖVSİYƏ XƏBƏRLƏR

Mingəçevirdə 90 yaşlı kişi itkin düşüb

Mingəçevir sakini itkin düşüb. Bu haqda bu gün, 22 mart tarixində Report məlumat verib.

Şəhər sakini, 90 yaşlı Əliş Eyvazov martın 16-sı səhər saatlarında yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, eləcə də Mingəçevir Şəhər Polis Şöbəsinin (024)275-26-04 şəhər və (050)793-01-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx