TÖVSİYƏ XƏBƏRLƏR

Mingəçevirdə Dövlət Universitetinin tələbəsi dünyasını dəyişib

Mingəçevirdə tələbə dəm qazından zəhərlənərək ölüb. Bu barədə Apa 27 fevral tarixində məlumat verib.

Bu gün saat 12:00 radələrində Mingəçevir şəhəri Sahil küçəsində yerləşən mənzilin vanna otağında 20 yaşlı Qazax rayonunun İkinci Şıxlı kənd sakini Vüsal Hüseynovun meyiti aşkarlanıb.

Onun dəm qazından öldüyü ehtimal olunur.

V.Hüseynov Mingəçevir Dövlət Universitetinin tələbəsi olub və həmin mənzildə kirayədə qalırmış.

Polis və prokurorluq əməkdaşları və ekspert tərəfindən hadisə yerinə, eləcə də meyitə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı araşdırma aparılır.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx