TÖVSİYƏ XƏBƏRLƏR

Mingəçevirdə hepatit A virusuna yoluxan məktəblilərin son durumu açıqlanıb

Mingəçevirdə hepatitə yoluxan şagirdlərin son durumu açıqlanıb. Bu barədə 17 noyabr tarixində Report TƏBİB-yə istinadən məlumat verib.

Məlumata əsasən, 6 nəfər (4-ü oğlan, 2-si qız olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib.

Qeyd olunub ki, onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib: “Müraciət edən azyaşlı xəstələrin 1-nin vəziyyəti ağır, 5-nin isə stabil olaraq qiymətləndirilir”.

Qeyd edək ki, Hepatit A virusuna xalq arasında “sarılıq” deyilir. Virusa ən çox çirkli sulardan, yaxşı yuyulmamış tərəvəzdən, hovuz və dəniz suyundan da yoluxma riski çoxdur. Simptomları: solğunluq, saralma, halsızlıq, ürək bulantısı, temperatur və sidik rənginin tündləşməsi.