TÖVSİYƏ XƏBƏRLƏR

Mingəçevirdə “Kürü keçək” açıq suda üzmə yarışı keçiriləcək

Sentyabrın 2-də Mingəçevirdə Kür çayının iki sahili arasında “Kürü keçək” açıq suda üzmə yarışı keçiriləcək. Bu barədə İnsanoid bu gün, 28 avqust tarixində Azərbaycan Üzgüçülük Federasiyasına istinadən xəbər verir.

300 metr məsafədə təşkil ediləcək yarışda ölkənin bütün rayon və şəhərlərindən üzməyi bacaran 12 yaşdan yuxarı hər kəs iştirak edə bilər.

Ötən il eyniadlı layihədə müxtəlif yaşlarda 300-ə yaxın peşəkar və həvəskar üzgüçü iştirak edib.

Yarışın sonunda qaliblərə medallar və diplomlar veriləcək.

Gənclər və İdman Nazirliyinin məlumatına görə, yarışda iştirak etmək istəyənlər 31 avqust 2023-cü il tarixinədək bu linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx