Mingəçevir şəhərində ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Report 2 sentyabr tarixində xəbər verib.
“VAZ-2107” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində Yevlax rayon Qaramanlı kənd sakini, 21 yaşlı Seymur Talıbov ölüb.
Qəza zamanı daha 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.