Minsk Dövlət Linqvistika Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb. Bu barədə İnsanoid Belarus mətbuatına istinadən bu gün, 13 sentyabr tarixində xəbər verir.
Açılışda Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla, Minsk Dövlət Linqvistika Universitetinin rektoru Natalya Laptyeva, Belarus Təhsil Nazirliyinin peşə təhsili Baş idarəsinin rəisi Sergey Pişov, Belarus Xarici İşlər Nazirliyinin MDB Baş idarəsinin rəis müavini – MDB ölkələri və Gürcüstanla ikitərəfli əməkdaşlıq şöbəsinin müdiri Sergey Molunov, Azərbaycanın Belarusdakı müvəqqəti işlər vəkili Nizami Rüstəmov və başqaları iştirak ediblər.