Mir Cəlal Paşayevin “Nazik mətləb” və “İnsanlıq fəlsəfəsi” hekayələrinin motivləri əsasında çəkilən “Nazik mətləb” filminin qala gecəsi baş tutub. Bu haqda dekabrın 10-da Oxu.az məlumat verib.
Filmin süjetində tələbəsinə aşiq olan, lakin dövrün qınağından ehtiyat edərək sevgisini dilə gətirməyən müəllimin hekayəsindən danışılır.
Film “Caspian Media Group” tərəfindən hazırlanıb, təqdimatı isə Nizami Kino Mərkəzində baş tutub.