TÖVSİYƏ XƏBƏRLƏR

Misir Qəzza zolağı ilə sərhəddə onlarla tank yerləşdirib

Misir Qəzza zolağı ilə sərhəddə yerləşən “Rəfah” keçid məntəqəsi yaxınlığında tank və zirehli texnika yerləşdirib. Bu barədə 1 noyabr tarixində Report “Times of Israel”ə istinadən xəbər verib.

Məlumata əsasən, sərhəd yaxınlığında onlarla nəqliyyat vasitəsi görünür.

Keçid məntəqəsində ağır hərbi texnikanın görünməsi Misirin on minlərlə qaçqının mümkün axınından ehtiyat etdiyi bir vaxta təsadüf edir.

“Rəfah” Misirlə Qəzza zolağı arasında yeganə sərhəd keçid məntəqəsidir.