İmmun sertifikatının müddəti bitən şəxslər iki ay ərzində 1 doza vaksin vurdura bilər

“İmmun sertifikatının vaxtı bitdikdən sonra iki ay müddətində 1 doza vurdurmaq olar. İki ay müddətindən keçirsə artıq iki doza vurulmalıdır. Əgər xəstəlikdən 8 ay və ya 1 il keçirsə 1 doza vurulması effektiv deyil. Çünki 8 aydan sonra immunitetin kəskin düşməsi, anticisimlərin sayının azalması müşahidə olunur və ona görə də bir doza effektli olmur. Bu halda vaksin sertifikatı almaq üçün 2 doza vurulmalıdır”, – sentyabrın 8-də Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin departament rəhbəri Yaqut Qarayeva bildirib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “İmmun sertifikatının müddəti bitən şəxslər iki ay ərzində 1 doza vaksin vurdura bilər”

Tövsiyə xəbərlər