MN: Azərbaycan ordusunun mövqeləri atəşə tutulub

Avqustun 5-i gecə saatlarında Sədərək rayonunun Heydərabad, Kəlbəcər rayonunun İstisu yaşayış məntəqələri atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan silahlı qüvvələri Vedi və Basarkeçər rayonlarından Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Həlak olan və yaralanan yoxdur.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Avqustun 4-də Ermənistan silahlı qüvvələri Kəlbəcər, Sədərək, Gədəbəy və Daşkəsəndə yerləşən Azərbaycan ordusunun mövqelərini atəşə tutub.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx