“Bəzi erməni sosial media resurslarında guya Azərbaycan Ordusunun bölmələrinin mülki obyektləri atəşə tutması barədə yayılan məlumatlar tamamilə yalandır, dezinformasiya xarakteri daşıyır”.
Bu barədə 19 sentyabr tarixində Report Müdafiə Nazirliyinə istinadən məlumat verib.
“Bir daha bildiririk ki, bölmələrimiz tərəfindən mülki əhali və mülki infrastruktur obyektləri hədəfə alınmır, yüksək dəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəflər sıradan çıxarılır”, – nazirlikdən qeyd olunub.
Cəbhədə baş verən ən son hadisələri İnsanoid telegram kanalında izləyin.