Müdafiə Nazirliyi Azərbaycan əsgərləri tərəfindən Ermənistanla həmsərhəd olan otlaq sahələrinin qəsdən yandırılması xəbərini təkzib edib. Bu barədə qurum avqustun 30-da məlumat yayıb.
“Bu, Ermənistan tərəfinin növbəti informasiya təxribatıdır”, – deyə açıqlamada bildirilir.
Ermənistan Ombudsmanı Azərbaycan əsgərlərini Qeqarkunik rayonunun Sotk və Kut kəndləri yaxınlığında sahələrin yandırılmasında günahlandırıb. Arman Tatoyan bu haqda avqustun 30-u gecə saatlarında öz Facebook səhifəsində paylaşım edib.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.