TÖVSİYƏ XƏBƏRLƏR

MN: Ermənistan Kəlbəcər istiqamətindəki mövqelərimizi atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətindəki mövqelərini atəşə tutub. Bu barədə 4 sentyabr tarixində Müdafiə Nazirliyi məlumat yayıb.

Sentyabrın 4-ü saat 07:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

“Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb,” – məlumatda qeyd olunub.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx