“Hazırda Azərbaycan Silahlı Qüvvələri Rusiya sülhməramlıları ilə qarşılıqlı əlaqədədir”. Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov jurnalistlərə açıqlamasında deyib.
Bu barədə 23 sentyabr tarixində Report xəbər verib.
Onun sözlərinə görə, hazırda silahların, döyüş sursatlarının qəbul edilməsi prosesi həyata keçirilir: “Artıq kifayət qədər silah, döyüş texnikası təcrid edilib”.