Avqustun 20-si Kəlbəcər, Tovuz və Gədəbəy rayonları istiqamətində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub. Həlak olan və yaralanan yoxdur. Bu barədə 21 avqust tarixində Müdafiə Nazirliyindən məlumat verilib.
Bundan əlavə, avqustun 20-si saat 20:37-dən avqustun 21-i saat 01:00-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri Xocavənd rayonunu və Şuşa şəhəri ətrafını atəşə tutub.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.