MN: Naxçıvan və Gədəbəy istiqamətində mövqelər atəşə tutulub

Avqustun 12-si Naxçıvan və Gədəbəy istiqamətində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub. Həlak olan və yaralanan yoxdur. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan silahlı qüvvələri Vedi və Çəmbərək rayonlarından iriçaplı silahlardan, həmçinin snayper tüfənglərindən istifadə etməklə atəş açıb.

Rusiya Müdafiə Nazirliyi avqustun 11-də atəşkəsin Azərbaycan tərəfindən pozulduğunu açıqlayıb. “Azərbaycan silahlı qüvvələri Dağlıq Qarabağın silahlı birləşmələrinin mövqelərinə pilotsuz uçuş aparatlarından zərbə endirib”, – deyə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “MN: Naxçıvan və Gədəbəy istiqamətində mövqelər atəşə tutulub”

Tövsiyə xəbərlər