TÖVSİYƏ XƏBƏRLƏR

MN: Naxçıvan istiqamətindəki mövqelərimiz növbəti dəfə atəşə tutulub

Bu gün saat 11:25 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdə yerləşən bölmələri tərəfindən atəşə tutulub.

Bu barədə 12 sentyabr tarixində Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Qeyd edək ki, bu gün saat 09:45-dən 10:00-dək Sədərək rayonunun Sədərək yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz bir neçə dəfə atəşə tutulub.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx