TÖVSİYƏ XƏBƏRLƏR

MN: “Qarabağ iqtisadi rayonunda qanunsuz yolların çəkilməsi yolverilməzdir”

Qarabağ iqtisadi rayonunda qanunsuz olaraq yeni yolların çəkilməsi müəyyən edilib. Bu haqda 24 mart tarixində Müdafiə Nazirliyi məlumat verib.

Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi üçün mühəndis və xüsusi texnikanın cəlb edilməsi ilə Xankəndi-Xəlfəli-Turşsu yolunun şimalından keçən yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi müəyyən edilib.

Bildiririk ki, bu kimi təxribatlar və qanunsuz fəaliyyətlər nəticəsində baş verə biləcək tələfata görə bütün məsuliyyət rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx