TÖVSİYƏ XƏBƏRLƏR

MN: Qarabağda kustar üsullarla hazırlanmış atəş qurğuları aşkarlanıb

Qarabağ bölgəsində əraziyə baxış zamanı qeyri-qanuni erməni silahlı birləşmələrinə məxsus üç ədəd özüyeriyən artilleriya qurğusu aşkar edilib. Bu barədə 30 oktyabr tarixində Müdafiə Nazirliyi məlumat verib.

Sözügedən zirehli texnika T-72 tankının mühərriki ilə təchiz edilmiş dartıcının üzərinə artilleriya topunun kustar üsulla quraşdırılması ilə hazırlanmışdır. Bu qurğu 1951-ci ildə istehsal edilmiş mərmilərlə 17,5 kilometr məsəfəyə atəş açmaq imkanına malikdir.

Xankəndi-Şuşa istiqamətində yerləşən atəş mövqelərində aşkar edilmiş bu qurğuların lokal xarakterli antiterror tədbirləri zamanı qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Şuşa şəhərini atəşə tutmaq məqsədilə istifadə edilməsi istisna deyil.