Seyfəli poliqonunda Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının utilizasiyası keçiriləcək. Bu barədə 4 aprel tarixində Report Müdafiə Nazirliyinə istinadən məlumat verib.
Məlumata əsasən, döyüş sursatlarının utilizasiya prosesi 04.04.2022-ci il tarixdən 09.04.2022-ci il tarixədək həyata keçiriləcək.
“Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək”, – nazirlikdən bildirilib.