MN: Yanğınsöndürmə maşınlarına Azərbaycan tərəfdən atəş açılmayıb

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələri tərəfindən yanğınsöndürən maşına atəş açılmadığı haqda avqustun 18-də məlumat yayıb.

“Bu istiqamətdə yanğınsöndürən maşına bölmələrimiz tərəfindən guya atəş açılması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır. Belə bir fakt Rusiya sülhməramlıları tərəfindən də qeydə alınmayıb”, – deyə nazirlikdən bildirilib.

Avqustun 17-i saat 18:00 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qaybalı yaşayış məntəqəsi tərəfdə, dağətəyi ərazidə yanğın başlayıb. Azərbaycan bölmələri hündürlükdə yerləşdiyi üçün yanğını vizual müşahidə ediblər. Onlar yanğının vaxtında söndürülməsi məqsədilə Rusiya sülhməramlılarına məlumat veriblər.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “MN: Yanğınsöndürmə maşınlarına Azərbaycan tərəfdən atəş açılmayıb”

Tövsiyə xəbərlər