“Mobil notariat”ın işində fasilələr olacaq

“Mobil notariat”ın işində fasilələr olacaq

Bu gün axşam saat 22:00-dan 23:30-dək Ədliyyə Nazirliyinin “Mobil notariat” tətbiqində qısamüddətli fasilələr yarana bilər. Bu barədə İnsanoid quruma istinadən xəbər verir.

Qurumun açıqlamasında deyilir ki, fasiləyə səbəb sistem üzərində planlaşdırılmış profilatik işlərin görülməsidir.

Həm “Appstore”dan, həm də “Google Play”dan mobil cihazlara ödənişsiz yüklənən bu proqram təminatı vasitəsilə şəxsin iştirakçısı olduğu bütün notariat əməliyyatları ilə bağlı sənədlərin elektron versiyasının vahid mənbədə mobil telefonda saxlanılması, onların qüvvədən düşməsi barədə məlumatın dərhal alınması, habelə həmin sənədlərdən istifadə etməsi mümkündür.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx