Monteneqroda gimnastlarımız 1 qızıl, 1 gümüş, 4 bürünc medal qazanıblar

Sentyabrın 18-19-da Monteneqroda keçirilən beynəlxalq turnirdə gimnastlarımız 1 qızıl, 1 gümüş, 4 bürünc medal qazanıblar.

Kamilla Seyidzadə komanda hesabına ən çox medal qazandıran gimnast olub. O, lentlə icra etdiyi proqrama görə fəxri kürsünün ilk pilləsində yer alıb.

Kamilla gürzlərlə çıxışda gümüş medala layıq görülüb, çoxnövçülük və halqa ilə proqramına görə bürünc medala sahib çıxıb. Gimnast daha bir bürünc medalı Alina Gözəlova ilə birlikdə komanda hesabında əldə edib.

Alina isə topla hərəkətlərdə bürünc medal qazanıb. Azərbaycanın digər təmsilçisi Fəxriyyə Əliyeva ən yaxşı nəticəsini topla nümayiş etdirib və 5-ci yerlə kifayətlənib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Monteneqroda gimnastlarımız 1 qızıl, 1 gümüş, 4 bürünc medal qazanıblar”

Tövsiyə xəbərlər