Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib.
Bu barədə 27 yanvar tarixində Report məlumat verib.
Qeyd edək ki, bu gün səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Nəticədə mühafizə xidmətinin rəisi qətlə yetirilib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.