TÖVSİYƏ XƏBƏRLƏR

Müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçiminə başlanılır

4 avqust saat 11:00-dan etibarən bütün fənlər üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinə start veriləcək. Bu barədə 3 avqust tarixində Elm və Təhsil Nazirliyi məlumat verib.

Məlumata əsasən, bütün fənlər üzrə 40 və daha yüksək bal toplamış namizədlər 8 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.

Qeyd olunub ki, namizəd seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina edərsə, müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx