TÖVSİYƏ XƏBƏRLƏR

Müdafiə naziri BƏƏ-yə səfərə gedib

Bu gün Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən “Dubai Airshow – 2023” beynəlxalq sərgisində iştirak etmək məqsədilə bu ölkəyə səfərə gedib.

Bu barədə 13 noyabr tarixində Müdafiə Nazirliyi məlumat verib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun konfrans və panel müzakirələrdə iştirakı planlaşdırılır.