TÖVSİYƏ XƏBƏRLƏR

Müdafiə Nazirliyinin şəxsi heyəti Zəfər Günü ilə bağlı İkinci Şəhidlər xiyabanını ziyarət edib

Bu gün Vətən müharibəsində qazanılmış böyük zəfərin üçüncü ildönümü münasibətilə Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 8 noyabr tarixində xəbər verir.

Hərbçilər ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhlarına dualar oxuyublar.

Nazirliyin zabit heyəti şəhidlərimizin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri düzüblər.

Müdafiə Nazirliyi Şəhidlər Xiyabanı
Foto Report.az