Azərbaycan Mülki Aviasiyasının 85 illiyi münasibətilə Heydər Əliyev Beynəlxalq Aeroportunda qeyri-adi fləşmob keçirilib. Bu barədə İnsanoid “Azərbaycan Hava Yolları” QSC-yə istinadən bu gün, 3 iyun tarixində xəbər verir.
Mülki aviasiya üçün əlamətdar olan bu gündə sərnişinlərə xüsusi sürpriz – gözəl musiqi və yay əhval-ruhiyyəsi təqdim edilib. Beynəlxalq reyslərin sərnişinləri maraqlı musiqi proqramı ilə qarşılanıb. Fləşmob hər kəsə mülki aviasiyanın ölkə üçün əhəmiyyətini xatırladan parlaq bir hadisə olub.
İyulun 2-də Azərbaycan Mülki Aviasiyası yaranmasının 85 illiyini qeyd edib.