TÖVSİYƏ XƏBƏRLƏR

Muxtar Babayev Hindistanın Azərbaycandakı səfiri ilə görüşüb

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Hindistanın Azərbaycandakı səfiri Sridharan Madhusudhananla görüşüb. Bu barədə 22 sentyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat verib.

Görüşdə “Azərbaycan Respublikası və Hindistan Respublikası arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya” çərçivəsində qarşıda duran vəzifələr, gələcək perspektivlər müzakirə olunub.