TÖVSİYƏ XƏBƏRLƏR

Naftalanda 27 yaşlı qadın itkin düşüb

Naftalanda itkin düşən şəxs axtarılır. Bu barədə 16 noyabr tarixində APA Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.

Ucar rayonunun Küçəkənd kənd sakini, 1996-cı il təvəllüdlü Fatimə Quliyeva noyabr ayının 11-də Naftalan şəhərində yaşayan valideynlərinin evindən çıxaraq bir daha geri qayıtmayıb.

Həmin şəxsin əlamətləri: boyu 155 sm, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində qara rəngli hicab və dini geyim olub.

“Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin 050-664-94-00, 050-242-26-66 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur”, – məlumatda qeyd olunub.