TÖVSİYƏ XƏBƏRLƏR

Naftalanda avtomobillə qadını vurub qaçan sürücü saxlanılıb

1981-ci il təvəllüdlü Naftalan şəhər sakini S.İmaninin ölümünə səbəb olan sürücü saxlanılıb. Bu barədə 14 noyabr tarixində Report məlumat verib.

Polis Şöbəsinə naməlum avtomobil tərəfindən piyadanın vurulması, aldığı xəsarətlərdən hadisə yerində ölməsi ilə bağlı məlumat daxil olub. Qəzanı törədərək hadisə yerindən qaçan sürücü saxlanılıb.

Məlum olub ki, Naftalan şəhər sakini M.Hüseynov tanışına məxsus avtomobillə yol-nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən qaçıb, daha sonra avtomobili təmir edərək cinayət izlərini itirməyə çalışıb.

Faktla bağlı Naftalan ŞPŞ-də araşdırmalar davam etdirilir.